İspaniyalı tennisçi Rafael Nadal karyerasını bitirmək qərarından danışıb.
Lent.az xarici KİV-ə istionadla bildirir ki, idmançının sözlərinə görə, daha bir il də oynaya bilərdi, amma zəif çıxışlar göstərəcəkdi.
"Keçən il əməliyyat olundum və bir çox başqa şeylər oldu. Ona görə də hiss edirəm ki, kifayət qədər rəqabətədavamlı ola bilməyəcəm. Daha bir il də dayana bilərdim, amma niyə? Hər turnirdə vidalaşmaq? Məndə o qədər də böyük eqo yoxdur.
İstədiyim səviyyədə oynamaq şansım olmayanda davam etməyimin mənası yoxdur. Bədənim bunu tez-tez etməyə icazə verməyəcək”, - məşhur tennisçi vurğulayıb.
Nadal oktyabrın 10-da peşəkar karyerasını başa vurduğunu elan edib. 38 yaşlı tennisçi 22 Böyük Dəbilqə çempionu olub.