Müasir ağır çəkili  boksçuları   tənqid etdi
09 oktyabr 2023 19:47 (UTC +04:00)

Müasir ağır çəkili boksçuları tənqid etdi

Əfsanəvi amerikalı idmançı hesab edir ki, divizionda çox az əhəmiyyətli döyüşlər gedir. 

Mayk Tayson boks üzzrə müasir ağır çəki dərəcəsində baş verənlərdən razı deyil. Keçmiş mütləq dünya çempionu indikilərin keyfiyyətini yüksək qiymətləndirsə də, eyni zamanda döyüşlərin sayının az olmasından da narazıdır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, o, iki dəfə Çjan Çjileyə uduzsa da, çinliyə qarşı rinqə çıxmaqdan çəkinməyən Co Coysu misal çəkib.  

"İndi hər şey fərqlidir. Döyüşçülər daha atletik olublar. Ağır çəkidə böyük döyüşçülər var, lakin onlar sadəcə olaraq bir-biri ilə döyüşməlidirlər. Çox vaxt aralarındakı döyüşlər baş tutmur. Onlar, sadəcə bir-birləri ilə döyüşməlidirlər! 

Co Coysa baxın. Hər kəslə döyüşür. Bilirəm ki, o, iki dəfə döyülüb, amma onlarla döyüşür. Bütün digər uşaqlar kim olduqlarını tapmaq üçün heç kimlə döyüşmürlər. Onlar bir-biri ilə iki, hətta üç dəfə döyüşməlidirlər. Sadəcə döyüşməlidirlər!” – Tayson vurğulayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3639
avatar

Oxşar yazılar