Milan Şkrinyarın “Qalatasaray”, İngiltərə və İtaliyadan gələn təkliflərlə bağlı qərarını bu həftə verəcəyi bildirilir
"Qalatasaray"ın uzun müddətdir heyətinə qatmağa çalışdığı Milan Şkrinyarla bağlı maraqlı proses taranıb.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, slovakiyalı futbolçu gələcəyi ilə bağlı son qərarını bu həftənin sonuna kimi verəcək.
Xəbərdə "Qalatasaray"ın ən israrlı kimi önə çıxdığı bildirilərkən, onu bir çox komandanın istədiyi olduğu yazılıb.
Ulduz müdafiəçi ilə "Tottenhem", "Napoli" və "Aston Villa"nın da maraqlandığı bildirilir.
Şkrinyarın müntəzəm oynaya biləcəyini düşündüyü üçün sarı-qırmızılı komandanın təklifinə müsbət yanaşdığı qeyd edilib.
29 yaşlı müdafiəçinin hansı komandaya transfer olunacağına qısa zamanda qərar verməsi gözlənilir.
"İnter"dən pulsuz olaraq PSJ-yə keçən Şkrinyar bu mövsüm 5 oyunda meydana çıxa bilib.