“Milan” rəhbərliyi hücumçu Olivye Jiru ilə müqaviləni uzatmaq istəyir. Hazırkı müqavilənin müddəti 2024-cü ilin yayında başa çatır.
Lent.az xarici mediaya istinadla bildirir ki, jurnalist Nikolo Skiranın sözlərinə görə, fransalı hücumçu ilə müqavilənin daha bir il müddətinə uzadılması təklif etmək istəyir. Eyni zamanda 37 yaşlı fransalıya başqa klublardan da bir neçə təklif var.
Mənbənin sözlərinə görə, Səudiyyə Ərəbistanı və MLS klubları hücumçunu transfer etmək istəyir.
Bu mövsüm Olivye Jiru 12 oyunda iştirak edib, 6 qol vurub və 3 məhsuldar ötürmə edib.