"İnter Mayami"nin hücumçusu Lionel Messi MLS tarixində rekord müqavilə imzalayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə liqanın rəsmi saytı məlumat yayıb.
36 yaşlı argentinalının Amerika klubunda əsas maaşı ildə 12 milyon dollardır. Əsas əmək haqqına əlavə olaraq bütün bonuslar və imza bonusları daxil olan zəmanətli kompensasiya 20,4 milyon dollardır. Bu məbləğdə Messinin “Adidas” və “Apple TV”dən ödənişləri nəzərə alınmır - bunları nəzərə alsaq, Messinin illik gəliri 50-60 milyon dollara çatır.
“İnter Mayami”nin daha bir oyunçusu MLS-in ən çox qazanan oyunçularının onluğuna daxil olub - venesuelalı hücumçu Xosef Martinez. O, bu mövsüm təxminən 4,4 milyon dollar qazanacaq. Serxio Busquets və Jordi Albanın bu mövsüm "İnter Mayami"də zəmanətli təzminatı müvafiq olaraq 1,775 milyon və 1,25 milyon dollar olacaq.
MLS-in ən yüksək maaş alan oyunçuları siyahısında həmçinin “Zenit”in keçmiş hücumçusu, hazırda “Ostin”də çıxış edən Sebastiyan Driussi də var. 27 yaşlı argentinalı bu mövsüm 6 milyon dollar qazanacaq. Rusiya klubunda Driussinin maaşı təxminən 3,3 milyon dollar idi.
MLS-in ən çox qazanan 10 oyunçusu:
1. Lionel Messi (“İnter Mayami”) – 20,4 milyon dollar;
2. Lorenso İnsinye (“Toronto”) - 15,4 milyon dollar;
3. Cerdan Şakiri (“Çikaqo Fayr”) - 8,2 milyon dollar;
4. Çiçarito (“Los-Anceles Qalaksi”) - 7,4 milyon dollar;
5. Federiko Bernardeski (“Toronto”) - 6,3 milyon dollar;
6. Sebastyan Driussi (“Ostin”) – 6 milyon dollar;
7. Hektor Herrera (“Hyuston Dinamo”) - 5,2 milyon dollar;
8. Duqlas Kosta ((“Los-Anceles Qalaksi”) - 4,5 milyon dollar;
9. Kristian Benteke (“Di-Si Yunayted”) - 4,4 milyon dollar;
10. Xosef Martines (“İnter Mayami”) – 4,4 milyon dollar.