Eyni ölkənin çempionatında 300 və daha çox qol vuranların siyahısında dəyişiklik olub.
Lent.az-ın apasport.az-a istinadən məlumatına görə, panamalı Nikolas Munyos Salvador çempionatında 300-cü qoluna imza atıb.
O, buna XXI əsrdə nail olan 9-cu futbolçudur. Munyos “Limeno”nun heyətində fərqlənib.
1. Lionel Messi (Argentina/İspaniya) - 474
2. Aleksandar Duriç (Sinqapur) - 321
3. Mark Lloyd Uilyams (Uels) - 319
4. Qlenn Ferqyuson (Şimali İrlandiya) – 313
5. Kriştiano Ronaldo (Portuqaliya/İspaniya) - 311
6. Maksim Qruznov (Estoniya) - 304
7. Xuan Karlos Plata (Qvatemala) - 302
8-9. Robert Levandovski (Polşa/Almaniya) - 300
8-9. Nikolas Munyos (Panama/Salvador) - 300