Argentina millisinin baş məşqçisi Lionel Skaloni dünya çempionatının seçmə mərhələsində Perunu məğlub etdikdən (2:0) sonra Lionel Messinin dublunu şərh edib və qeyd edib ki, 36 yaşlı hücumçu meydanda nə qədər vaxt keçirəcəyinə özü qərar verir.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Messi Peru ilə bütün oyunu keçirərək, 32 və 42-ci dəqiqələrdə qol vurub.
“Komanda uzun müddətdir ki, Messinin oyununu başa düşür, bu, ona müsbət təsir edir və o, meydanda özünü rahat hiss edir. Ümid edirəm ki, o, mümkün qədər uzun müddət oynayacaq, çünki hamı onu hərəkətdə görməkdən həyəcanlanır.
Ən əsası Messinin sağlam olmasıdır. Meydanda neçə dəqiqə qalacağına o qərar verir”, – Argentina millisinin baş məşqçisi Skaloni deyib.