“Qalatasaray” futbol klubunun hücumçusu Mauro İkardinin xanımı Vanda Nara “Instagram” səhifsini aktiv işlədən məşhurlardandır. Türkiyədə də Naranın çoxlu sayda izləyiciləri var.
Lent.az-ın xəbərinə görə bu yaxınlarda vətəni Argentinaya gedib, orda alt paltarı olmadan rəqs edən Vanda Nara bu görüntüləri öz səhifəsində paylaşıb və türk fanatları tərəfindən şikayətə məruz qalıb.
Açıq- saçıq görüntülərə görə onun səhifəsi dərhal bir neçə saatlıq blok olunub.
Daha sonra paylaşımları silən xanım ailəvi şəkillərini payalaşaraq, əri ilə 19 yaşından bəri birlikdə olduqlarını və ömür boyu birlikdə olacaqlarını yazıb.
Qeyd edək ki, bu ailə tez - tez sosial şəbəkələrdəki açıq- saçıq görüntüləri ilə diqqət çəkirlər. Futbolçu bir dəfə arvadının yataqda çılpaq görüntülərini paylaşmışdı.