Məhəmməd Əlinin nəvəsi Niko Əli Uolş
21 iyun 2021 19:07 (UTC +04:00)

Məhəmməd Əlinin nəvəsi Niko Əli Uolş

Məhəmməd Əlinin nəvəsi rinqdə debüt edəcək

Əfsanəvi boksçu Məhəmməd Əlinin nəvəsi Niko Əli Uolş avqustun 14-də professional rinqdə debüt edəcək. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, döyüşü Bob Arumun Top Rank promosyon şirkəti təşkil edir. 

Qeyd edək ki, həmin şirkət Məhəmməd Əlinin də 1966-cı il mayın 29-dakı ilk döyüşünün təşkilatçısı olmuşdu. 

Əfsanəvi boksçunun nəvəsinin rəqibi hələ ki məlum deyil. 

Məhəmməd Əli 2016-cı il iyunun 3-də 74 yaşında vəfat edib.

# 1641
avatar

Oxşar yazılar