Fransa millisinin və “Real”ın hücumçusu Kilian Mbappe İsveçə qarşı oyunda ona üç rekord gətirən qollar vurub.
Lent.az-ın xəbərinə görə, o, hazırda Dünya çempionatının pley-off mərhələsinin bütün zamanların ən çox qol vuran oyunçusudur və pley-off oyunlarında vurduğu qolların sayını 10-a çatdıraraq, hər birində səkkiz qol vuran braziliyalı Leonidas da Silva və Ronaldonu geridə qoyub.
Bundan əlavə, 18 qolla Mbappe Dünya çempionatı tarixində ən çox qol vuran avropalı olub. Bütün oyunçular arasında yalnız Lionel Messi daha çox (19 qol) vurub.
Fransalı futbolçu həmçinin Dünya çempionatıda yeddi dubl edən ilk oyunçu olub. Hazırkı turnirdə o, səkkiz qol+ötürmə (altı qol və iki məhsuldar ötürmə) ilə bütün zamanların ən çox qol vuran və məhsuldar ötürməsi edən oyunçular siyahısına başçılıq edir.