Rəqibin qonorarı əfsanəvi ağır çəkili idmançının alacağından iki dəfə yüksəkdir.
Lent.az xarici mediaya istinadla bildirir ki, ağır çəkidə keçmiş şəksiz dünya çempionu Mayk Tayson 27 yaşlı blogger Ceyk Polla döyüşə görə təxminən 20 milyon dollar alacaq. Polun qonorarı iki dəfə çox olacaq.
Döyüş noyabrın 15-də Texas ştatının Arlinqton şəhərində baş tutacaq. Əvvəlcə döyüş iyulun 20-nə təyin edilmişdi, lakin Taysonun səhhətində problem yaranması səbəbindən təxirə salınmışdı.
Tayson və Pol arasındakı döyüş peşəkar statusa malik olacaq. 58 yaşlı Tayson üçün bu, onun 2005-ci ildən sonra ilk peşəkar döyüşü olacaq. Onun 58 döyüşü var, bu döyüşlərdə 50 qələbə qazanıb (44-ü nokautla), altı məğlubiyyət və iki uğursuz döyüş.
Pol 11 döyüş keçirib, bu döyüşlərdə 10 qələbə qazanıb (7-si nokautla) bir məğlubiyyəti var.