“Mançester Yunayted”ə "son şans"  verdi
31 yanvar 2026 16:05 (UTC +04:00)

“Mançester Yunayted”ə "son şans" verdi

0

“Mançester Yunayted”in yarımmüdafiəçisi və kapitanı Bruno Fernandes mövsümün sonunadək mankunianlara “son şans” verdiyini bildirib.

Lent.az xəbər verir ki, 31 yaşlı futbolçu klubla “praktiki olaraq heç nə uğrunda” davamlı mübarizədən yorulduğunu gizlətməyib. Bununla belə, portuqaliyalı “qırmızı şeytanlar”la birlikdə titul qazanmağı arzulayır.

Bundan əvvəl yayılan xəbərlərə görə, Fernandes qış fasiləsində "Real Madrid"ə keçmək istəsə də, kral klubu razılaşmayıb.

Yarımmüdafiəçi 2020-ci ilin qışından etibarən “qırmızı şeytanlar”ın formasını geyinir. Cari mövsümdə o, bütün turnirlərdə 22 oyuna çıxıb, 5 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına görə, oyunçunun bazar dəyəri 40 milyon avrodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 210

Oxşar yazılar