“Mançester Yunayted” futbolçularının həftəlik maaşına limit tətbiq edib.
Lent.az bildirir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
İndi oyunçular 7 gün ərzində 200 min funt-sterlinqdən çox qazana bilməyəcək. Yenilik həftədə 450 min qazanan mankunianlıların keçmiş portuqaliyalı oyunçusu Kriştiano Ronaldonun şərəfinə “Ronaldo qaydası” adlandırılıb.
Yenilikdən ilk zərər çəkən qapıçı David de Xea olacaq. Yayda onun həftəlik 375 min maaşla müqaviləsi bitəcək və ona limitə uyğun yeni müqavilə təklif olunacaq.
Noyabrın 22-də Ronaldonun 2021-ci ildən formasını geyindiyi “Mançester Yunayted” tərəflərin qarşılıqlı razılığı ilə portuqaliyalı ilə müqaviləyə xitam verdiyini açıqlayıb. Bundan əvvəl hücumçu klubu xəyanətdə günahlandırıb və baş məşqçi Erik ten Haqa hörmət etmədiyini bildirib.