“Mançester Siti”nin müdafiəçisi Joao Kanselo yaxın vaxtlarda “Barselona”ya keçəcək.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, kataloniyalılar yeni alacaqları futbolçunu 2024-cü ilin yayına qədər satın alma opsionu ilə icarəyə verəcək.
Kanselo 2022/23 mövsümünün ikinci yarısını icarə əsasında “Bavariya”da keçirib. Müdafiəçi münhenlilərin heyətində 21 oyun keçirib, 1 qol vurub və 6 məhsuldar ötürmə verib.
Müqavilənin sonunda “Bayern” satın alma variantını aktivləşdirməmək qərarına gəlıb. Transfermarkt portalına görə futbolçunun dəyəri 50 milyon avro qiymətləndirilir. Kanselonun “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.