"Mançester Siti" Çempionlar Liqasında ilk antirekordçu  klub oldu
27 noyabr 2024 18:15 (UTC +04:00)

"Mançester Siti" Çempionlar Liqasında ilk antirekordçu klub oldu

İngiltərənin "Mançester Siti" futbol klubu Çempionlar Liqası tarixində ilk dəfə qarşılaşmanın 75-ci dəqiqəsinə qədər rəqibini üç qol fərqi ilə məğlub etsə də, oyunda qələbə qazana bilməyib.

Lent.az xəbər verir ki, noyabrın 27-nə keçən gecə “şəhərlilər” Çempionlar Liqasının V turu çərçivəsində evdə Hollandiyanın “Feyenoord”u ilə heç-heçə oynayıb (3:3).

Qeyd edək ki, Pep Qvardiolanın yetirmələri final fitinə 15 dəqiqə qalmış 3:0 öndə olub və qələbə nəticəsini qoruyub saxlaya bilməyib.

“Mançester Siti” Çempionlar Liqası tarixində 75-ci dəqiqədə üç qol fərqi ilə qalib gələ bilməyən ilk komanda olub.

"Hesab 3:0 olanda yaxşı oynadıq, amma sonra qeyri-sabit olduğumuz üçün çoxlu qol buraxdıq. Son zamanlar çox uduzuruq. Yaxşı səviyyədə oynadıq, amma problemlərimiz oldu. Bunun psixologiya ilə əlaqəli olub-olmadığını bilmirəm. Yaxşı oynayırıq, amma qazanmırıq. Bu səviyyədə özünüzə belə bir şeyə icazə verə bilməzsiniz. Bərpa etmək və növbəti oyuna hazırlaşmaq lazımdır", - Pep Qvardiola deyib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 366
avatar

Oxşar yazılar