Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli karyerasını Xorvatiyada davam etdirəcək.
Lent.az-ın Apasport.az-a istinadən məlumatına görə, 25 yaşlı hücumçu Zaqreb “Dinamo”suna keçib.
Polşa “Legiya”sı ilə müqaviləsini qarşılıqlı razılaşma ilə pozan forvard yeni klubu ilə 4,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 2021-ci ilin yayında “Qarabağ”dan Varşavaya keçən forvard 33 matçda 11 qola imza atıb.