17 iyun 2021 23:16 (UTC +04:00)

Mahir Emreli Polşada 31 dəqiqəyə 3 qol vurdu

 

Azərbaycan millisinin futbolçusu Mahir Emreli bu yay transfer olunduğu Polşanın “Legiya” klubunda ilk oyununa çıxıb.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı hücumçunun Varşava təmsilçisindəki qeyri-rəsmi debütü yoxlama görüşünə təsadüf edib.

Mahir Avstriyanın “Bişofshofen” klubu ilə qarşılaşmaya start heyətində çıxıb. Futbolçumuz artıq 6-cı dəqiqədə sonra həm matçda, həm də özünün “Legiya”da qol hesabını açıb. O, 22-ci və 36-cı dəqiqələrdə də rəqib qapısına yol taparaq het-trikə imza atıb. 

31 dəqiqəyə üç dəfə fərqlənən Emreli ilk yarıdakı bütün qolların müəllifi olub. Fasilədən sonra daha iki qol vuran “Legiya” rəqibinin darmadağınını 5:0-a çatdırıb.

Qeyd edək ki, Mahirin komandası yeni mövsümə hazırlıq çərçivəsində növbəti matçını iyunun 20-də Macarıstan təmsilçisi “Ferensvaroş”a qarşı keçirəcək.

# 1122
avatar

Oxşar yazılar