Nabi Keyta Almaniya Bundesliqasına qayıtmağa yaxındır.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, qvineyalı yarımmüdafiəçi iyulda azad agent olacaq, çünki “Liverpul” ilə müqaviləsi başa çatır və ingilis klubu müqaviləni yeniləmək niyyətində deyil.
“Bild” jurnalisti Kristian Falkanın məlumatına görə, yarımmüdafiəçi ilə Bremenin “Verder” klubu maraqlanır. 28 yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilin yayına kimi müqavilə imzalayacağı bildirilir. Futbolçu gələn həftə tibbi müayinədən keçəcək.
Xatırladaq ki, Keyta 2018-ci ilin yayında "Liverpul"a keçmişdi. Mersisaydlılar daha sonra futbolçu üçün “Leypsiq”ə 60 milyon avro ödəyib. Ancaq o vaxtdan bəri futbolçu “Liverpul”da əsas oyunçuya çevrilməyib. İngiltərədə 5 il ərzində yarımmüdafiəçi 129 oyuna çıxıb, 11 qol vurub və 7 məhsuldar ötürmə edib.