“Liverpul”da Yurgen Kloppun yerinə  sürpriz   namizəd
15 aprel 2024 18:47 (UTC +04:00)

“Liverpul”da Yurgen Kloppun yerinə sürpriz namizəd

Mövsümün sonunda alman baş məşqçi Yurgen Kloppla yollarını ayıracaq "Liverpul"da onu əvəz edə biləcək namizədlərin axtarışları davam edir.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Yurgen Kloppdan sonra "Liverpul"un yeni baş məşqçisi xorvatiyalı Niko Kovaç olacağı iddia edilib.

“Daily Mail”in xəbərinə görə, daha əvvəl karyerasında "Bavariya", "Monako" və "Volfsburq"u çalışdırmış Niko Kovaçın "Liverpul"un yeni baş məşqçisi olacağı ilə bağlı söz-söhbətlər yayılıb.

Xəbərdə "Liverpul" idarəçilərinin Yurgen Kloppun yerinə namizədlərlə bağlı məlumat topladığı və prosesin böyük diqqətlə aparıldığı bildirilib.

Bu ehtimalı son olaraq Bundesliqa təmsilçisi “Volfsburq”u çalışdıran 52 yaşlı xorvatiyalının nümayəndələrinin bu yaxınlarda Londonda olması və yayda mümkün məşqçi dəyişikliyi edəcək Premyer Liqa komandaları ilə bağlı araşdırmalar aparması iddianı gücləndirir. 

Xəbərin başqa bir təfərrüatı odur ki, Lissabonun “Sportinq” klubunun baş məşqçisi Ruben Amorim Kloppun yerinə ən güclü namizəd olsa da, o, “Liverpul”la danışıqlar apardığı və ya hər hansı məsələ ilə bağlı razılığın əldə olunduğu iddialarını təkzib edib və bu, Kovaçla bağlı iddiaları gücləndirir. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3446

Oxşar yazılar

Neymarın   taleyi məlum oldu

Neymarın taleyi məlum oldu

17 may 2025 , 16:36
"Real" Ronaldonun oğlu  ilə maraqlanır

"Real" Ronaldonun oğlu ilə maraqlanır

17 may 2025 , 15:20
"Real" yeni müdafiəçi aldı

"Real" yeni müdafiəçi aldı

17 may 2025 , 10:00
Amerikalı basketbolçu edam edilə bilər

Amerikalı basketbolçu edam edilə bilər

16 may 2025 , 19:59
Futbolçular aşağı liqaya düşən komandadan qaçmağa  başladılar

Futbolçular aşağı liqaya düşən komandadan qaçmağa başladılar

16 may 2025 , 18:56
Avropa Liqasında qalib gəlsələr, bu qədər  mükafat alacaqlar

Avropa Liqasında qalib gəlsələr, bu qədər mükafat alacaqlar

16 may 2025 , 16:42
Zinəddin Zidan "Fənərbaxça"ya gəlir?

Zinəddin Zidan "Fənərbaxça"ya gəlir?

16 may 2025 , 14:18
"Barselona"nın oyunundan əvvəl maşın azarkeşləri əzdi - VİDEO

"Barselona"nın oyunundan əvvəl maşın azarkeşləri əzdi - VİDEO

16 may 2025 , 12:20