"Lester"in keçmiş baş məşqçisi Kreyq Şekspirdə xərçəng diaqnozu qoyulub.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti xəbər verir.
59 yaşlı ingilis mütəxəssis hazırda müalicəsini davam etdirir.
Şekspir üç dəfə, o cümlədən 2016-cı ildə Klaudio Ranierinin rəhbərliyi altında “tülkülər” sensasiyalı şəkildə İngiltərə çempionu olduqda “Lester”in baş məqşçisinin köməkçi işləyib,
2017-ci ildə Ranyeri istefaya göndərildikdə və "Lester"i Çempionlar Liqasının 1/4 finalına çıxaran zaman Şekspir müvəqqəti baş məşqçi təyin edilib. Lakin 2017/18 mövsümünə zəif başlayandan sonra oktyabr ayında qovulub.