2025/26 mövsümü Edersonun “Mançester Siti” ilə 9-cu mövsümü olacaq. O, bu illərdə titullardan altısını qazanıb və heç bir şübhə yoxdur ki, braziliyalı qapıçı komanda ilə yeddinci titul üçün hazırlaşır.
2026-cı ilin may ayında qapıçının həyat yoldaşı ilə “Etihad” meydanında İngiltərə futbolunun əsas kuboku ilə şəkil çəkdirib-çəkdirməyəcəyinə baxacağıq.
Yeri gəlmişkən, Lais Moraes ilə tanış olun - Edersonun həyat yoldaşı!
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Lais 1994-cü il dekabrın 1-də Portuqaliyanın Böyük Porto şəhər ərazisinin bir hissəsi olan Vil-du-Kondi şəhərində anadan olub. Qızın 30 yaşı var və o, Edersondan bir yaş kiçikdir.
Qapıçı Laislə 2013-cü ildə tanış olub. O vaxt o, Vila-du Kondidə, “Rio Ave”də oynayırdı.
"Bu, ilk baxışdan sevgi deyildi və mən ağlıma belə gətirə bilməzdim ki, ürəyimin açarlarını sən götürəcəksən", - Lais, 500 min abunəçisi olan “Instagram”da deyib.
İlk baxışdan olmasa da, Ederson istəyinə çatıb. 2014-cü ildə evləniblər, 2015-ci ildə cütlük Lissabona köçüb, burada qapıçı “Benfika”nın heyətində iki dəfə Portuqaliya çempionu olub və 2017-ci ildə sevgililər Mançesterə gəlib.
Artıq İngiltərədə Lais və Ederson xoşbəxt valideyn olublar. Cütlüyün üç övladı var: iki qızı Yazmin və Laura və bir oğlu Enrike. Ancaq bu, hamısı deyil: Ederson ailəsinin dörd iti də var. Daha bir neçə pişik və bu mükəmməl olardı!