“Əl-Nasr” Səudiyyə Ərəbistanı Superkubokundan kənarlaşdırılıb.
Lent.az xarci mediaya istinadla xəbər verir ki, ½ final oyununda komanda “Əl-İttihad”a 1:3 hesabı ilə uduzub.
“Əl-Nasr”ın hücumçusu Kriştiano Ronaldo start heyətində meydana çıxıb və final fitinə qədər oynayıb və görüşü qolsuz başa vurub.
Yeri gəlmişkən, bu, onun ərəb klubunda ilk oyunu idi.