Misirin “Əl-Mac” komandasının baş məşqçisi Adham əl-Selhadar meydanın kənarında ürək tutmasından dünyasını dəyişib.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu, komandasının qələbə qolundan dərhal sonra baş verib.
“Əl Zarka” komandası ilə oyunda meydan sabihləri qələbə qolunu əsas vaxta artırılan 3-cü dəqiqədə vurublar. Komanda qolu o qədər sevinclə qeyd edib ki, məşqçi özünü pis hiss edib.
Təcili olaraq həkimlər və təcili yardım gəlib, lakin məşqçini xilas etmək mümkün olmayıb - o, xəstəxanaya aparılarkən yolda ölüb,
Klub rəhbərliyi altı günlük matəm elan edib və növbəti turun oyunu təxirə salınacaq.