Evander Holifild keçmiş boks karyerası ilə bağlı xatirələrini bölüşüb və ona qarşı döyüşməkdə ən çətin olan rəqibi müəyyənləşdirib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, ağır çəkidə keçmiş mütləq dünya çempionunu döyüşməli olduğu rinqin bütün ulduzları arasında o, Riddik Bou seçib. Holifildin rinqə çıxdığı ən yaxşı döyüşçü adlandırdığı həmyerlisidir.
"Riddik Bou deyərdim. Onunla üç döyüş keçirdim. Bou çox rəqabətli idi, mənimlə döyüşəndə həmişə formada idi", - Holifild vurğulayıb.
Qeyd edək ki, Riddik Bou və Evander Holifild üç dəfə döyüşüb. Birinci döyüşdə Bou yekdil qərarla, ikincidə Holifild səs çoxluğu ilə, üçüncüdə isə Riddik 8-ci raundda erkən qələbə qazanıb.