Jesus “Fənərbaxça”nı FİFA-ya şikayət etməyə HAZIRLAŞIR
07 noyabr 2023 22:03 (UTC +04:00)

Jesus “Fənərbaxça”nı FİFA-ya şikayət etməyə HAZIRLAŞIR

“Fənərbaxça”nın keçmiş baş məşqçisi Jorje Jesus keçmiş klubundan şikayətçidir.

Lent.az xəbər verir ki, 69 yaşlı mütəxəssis Türkiyə kubokunu qazandığı üçün almalı olduğu məbləğin ödənilmədiyini bildirib.

Ötən mövsümün sonunda İstanbul klubunu tərk edən məşqçi vəkillərinə bu barədə təlimat verib. Hazırda Səudiyyə Ərəbistanının “Əl Hilal” klubunda işləyən portuqaliyalı “sarı-lacivədlilər”dən FİFA-ya şikayət etməyə hazırlaşır. Bu məqsədlə İstanbul klubuna xəbərdarlıq da edən Jesusa klub tərəfindən cavab verilmədiyi iddia olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3816
avatar

Oxşar yazılar