İt saxladığına görə pul alan “bomj”lar, liftlərdə ayaq düymələri, 1 saniyəlik şillə - TAMAŞA DÜNYA
09 fevral 2021 20:15 (UTC +04:00)

İt saxladığına görə pul alan “bomj”lar, liftlərdə ayaq düymələri, 1 saniyəlik şillə - TAMAŞA DÜNYA

Lent.az dünyanın müxtəlif yerləri haqda maraqlı faktları və fotoları özündə birləşdirən “Tamaşa Dünya” rubrikasını davam etdirir. Budəfəki yazımız qədim tarixə malik olan Almaniyaya aiddir.

Parisdən 8,4 dəfə böyük Berlin

1. Almaniya 9 ölkə ilə həmsərhəddir: Avstriya, Fransa, İsveçrə, Danimarka, Belçika, Lüksemburq, Niderland, Çex Respublikası və Polşa.

2. Bu vaxtadək Ahen, Regensburq, Frankfurt, Nürnberq, Veymar, Bonn və Berlin şəhərləri ölkənin paytaxtı olub.

3. Berlin Parisdən 8,4 dəfə böyükdür. Belə ki, Berlinin ərazisi 891.7 kvadrat kilometr olduğu halda, Fransanın paytaxtı 105.4 kvadrat kilometrdir.

4. Alman dili 5 ölkənin rəsmi dilidir: Almaniya, İsveçrə, Avstriya, Lüksemburq və Lixtenşteyn. Həmçinin Şimali İtaliyada və Fransada yerləşən Elzas və Lotaringiyada da alman dilində danışırlar.

5. Alman dili dünyada ən çox öyrənilən 3-cü dildir. Dünyada 100 milyondan çox insan bu dildə danışır. Alman dilində 35 dialekt var.

Kitabın vətəni, bombalar diyarı

6. İlk kitab Almaniyada çap olunub. Alman ixtiraçısı İohan Quttenberq 1445-ci ildə çap üsulu ilə kitab buraxıb.

7. Dünyada ilk jurnal da Almaniyada buraxılıb. Mütəmadi olaraq işıq üzü görən "Erbauliche Monaths Unterredungen" jurnalının ilk nömrəsi 1663-cü ildə çıxıb.

8. Almaniyanın Federal Bankı Birinci dünya müharibəsi zamanı dəymiş zərərə görə Versal sazişi çərçivəsində sonuncu ödənişi 2010-cu ildə həyata keçirib.

9. Hər il Almaniyada İkinci dünya müharibəsindən qalma orta hesabla 5500 bomba aşkarlanır və zərərsizləşdirilir. Bu, gün ərzində orta hesabla 15 bomba tapılması deməkdir.

10. Almaniyada ən məşhur soyad Müllerdir.

Ödənişsiz təhsil, ən böyük zoopark

11. 1989-2009-cu illər ərzində Almaniyada uşaq çatışmazlığı səbəbindən təxminən 200 məktəb bağlanıb.

12. 2014-cü ildə Almaniyada hətta əcnəbi tələbələr üçün kolleclərdə təhsil ödənişi rəsmi şəkildə ləğv olunub.

13. Almaniya ərazisinin 31%-i meşələrlə əhatə olunub.

14. Almaniyada 400-dən çox zoopark var. Dünyada ən böyük zoopark da bu ölkədə yerləşir.

Bir almanın illik pivə norması: 107 litr

15. Berlində Venesiyadan daha çox körpü tikilib. Avropada ən böyük qatar stansiyası da Berlindədir.

16. Dünyanın ən böyük kilsəsi Almaniyanın Ulm şəhərində yerləşir - 162 metr. Ölkənin ən isti şəhəri isə Frayburqdur.

17. Almanlar çexlərdən sonra dünyada ən çox pivə içən ikinci xalqdır. 2010-cu ilin statistikasına əsasən, bir alman il ərzində 107 litr pivə içir.

18. Bavariyada pivə rəsmi olaraq qida hesab edilir və iş günü ərzində hər kəsin bir bakal pivə içmək hüququ var.

19. 14 yaşlı uşaqlar yanlarında valideynləri olmaq şərtilə ictimai yerlərdə spirtli içki qəbul edə bilərlər.

Kosmetikadan uzaq alman qadınları

20. Almaniyada təxminən 300 ədəd çörək növü var. Bu ölkədə, həmçinin çörək muzeyi mövcuddur.

21. Almaniyada 1000-dən çox sosis növü var.

22. Alman qadınlarının çoxu yemək hazırlaya bilmir. Bu ölkənin xanımları, demək olar ki, kosmetikadan istifadə etmirlər.

23. Bu ölkədə işləmədən sosial yardımla yaşamaq mümkündür.

24. Almaniyada “bomj”lar it saxlayır. Çünki itlərə baxdıqlarına görə onlara əlavə pul ödənilir.

Yolların 65 faizində sürət limiti yoxdur!

25. 2005-ci ildə dünyada külək enerjisinin 35%-i Almaniya tərəfindən istehsal olunub. Almaniyanın şimalında 20 mindən çox külək turbinləri var. Onların ən hündürünün uzunluğu 200 metrdir.

26. Bu ölkədə cinayətkarların 80%-i əcnəbilərdir.

27. Yanacaq ehtiyatı tükəndiyi üçün avtobanda dayanmaq inzibati qanun pozuntusu hesab edilir və buna görə cərimə tətbiq edilir.

28. Avtomobil yollarının 65 faizində sürət limiti yoxdur.

29. Almaniyada ən çox vergisi olan maşın “Mercedes”dir.

Pəncərəni açıq qoymaq uğursuzluq sayılır

30. Yenil il bayramında şam ağacını bəzəmək ənənəsi almanlardan gəlir.

31. Alman ənənəsinə görə, pəncərəni açıq qoymaq uğursuzluq sayılır. Bu, bir növ xəstəliklərin evə “çağırıldığını” bildirir.

32. Almanlar fantadan tort bişirirlər, adına “Fantakuchen” deyirlər.

33. Bazar günü kilsələrdən başqa hər yer bağlı olur. Həmin gün səs-küy etmək qadağandır.

34. Almaniyada liftlərdə əllərində yük olan vətəndaşlar üçün ayaqla basmağa düymələr var.

Vursalar, bir saniyəyə cavab qaytarmalısınız!

35. Bu ölkədə hücum edib sizi vursalar, cavab silləsini bircə saniyə içində qaytarmalısınız. İkinci saniyədə etsəniz, məhkəmə sizi də günahkar biləcək.

36. Alman mentalitetinə görə onlar mübahisəyə birinci başlamırlar. Başlayanda isə sonadək davam edirlər.

37. Uşaqlara hər şey etməyə icazə var, məsuliyyəti valideyn daşıyır. Onlar yoxdursa, deməli, cavabdeh də yoxdur.

38. Almaniyada sınmış və ya xarab olmuş əşyanın təmirindənsə, yenisini almaq daha ucuz başa gəlir.

39. Almanca “təşəkkür edirəm” demək “yox, istəmirəm” mənasını verir. Biri sizə “çay istəyirsən?” deyirsə, qəbul etmək üçün “danke” yox, “bitte” (xahiş edirəm) deməlisiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4992
avatar

Rizvan Babayev

Oxşar yazılar