İspaniya kubokunun yarımfinalı:  "Real"-“Barselona”
30 yanvar 2023 17:16 (UTC +04:00)

İspaniya kubokunun yarımfinalı: "Real"-“Barselona”

İspaniya Kubokunun yarımfinal mərhələsinin püşkü atılıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, turnirin bu mərhələsində "Real" "Barselona" ilə qarşılaşacaq. İlk oyun martın 1-də “Santiaqo Bernabeu”da, cavab qarşılaşması isə aprelin 5-də “Camp Nou”da keçiriləcək.

İkinci yarımfinal oyununda “Osasuna” və “Atletik” qarşılaşacaqlar.

Bu mövsüm iki “El klassiko” olub. Noyabrda "Real" La Liqanın (3:1), yanvarda "Barselona" İspaniya Superkubokunun qalibi olub (3:1).
 

# 1590
avatar

Oxşar yazılar