İngiltərə Premyer Liqasında çıxış edən klublardan birində çıxış edən iki futbolçu zorlamada şübhəli bilinərək saxlanılıb. Bu barədə “The Sun” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Lent.az xəbər verir ki, nəşrin məlumatına görə, aprelin 19-da qız şikayət edib. O, bir neçə saat əvvəl iki futbolçu tərəfindən zorlandığını bildirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları 19 yaşlı iki futbolçunu müəyyən edərək saxlayıblar. Polisin məlumatına görə, onlardan biri “hücum və zorlamaya təhrik”də, ikincisi isə zorlamada şübhəli bilinir. Gənclər dindirilib və zaminə buraxılıblar. Onların oynadığı klubun adı açıqlanmır.