UEFA ötən mövsümün yekunlarına əsasən ilin ən yaxşı oyunçusu adına iddialı üçlüyü açıqlayıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, mükafata İspaniya çempionu və Çempionlar Liqasının qalibi "Real”ın fransalı hücumçusu Kərim Benzema, belçikalı qapıçı Tibo Kurtua və İngiltərə çempionu "Mançester Siti"nin belçikalı yarımmüdafiəçisi Kevin De Bruyne iddialıdır.