İlin 10 ən yaxşı futbolçusu -  SİYAHI
02 dekabr 2021 17:39 (UTC +04:00)

İlin 10 ən yaxşı futbolçusu - SİYAHI

ESPN telekanalı 2021-ci ildə dünyanın ən yaxşı futbolçuları və məşqçilərindən ibarət “Top-100” dərc edib.

Apasport.az saytının məlumatına görə, mövqelərinə uyğun nominasiyalarda birinci yeri tutanlardan ibarət “10-luq” formalaşdırılıb.

Kriştiano Ronaldo, Kilian Mbappe, Federiko Kyeza və Manuel Noyer kimi ulduzlar siyahıya düşməyib. Ümumilikdə 9 oyunçunun seçildiyi heyətdə “10-luğ”u bir baş məşqçi tamamlayıb.

Simvolik komanda aşağıdakı kimidir:

Qapıçı: Yan Oblak (“Atletiko”)

Mərkəz müdafiəçisi: Ruben Diaş (“Mançester Siti”)

Sol cinah müdafiəçisi: Endryu Robertson (“Liverpul”)

Sağ cinah müdafiəçisi: Əşrəf Hakimi (“İnter”/PSJ)

Dayaq yarımmüdafiəçisi: Nqolo Kante (“Çelsi”)

Pleymeyker: Kevin De Bruyne (“Mançester Siti”)

Vinger: Sadio Mane (“Liverpul”)

Hücumçu: Lionel Messi (“Barselona”/PSJ)

Mərkəz hücumçusu: Robert Levandovski (“Bavariya”)

Baş məşqçi: Tomas Tuxel (“Çelsi”)

# 1038
avatar

Oxşar yazılar