Harri Keyn - "Tottenhem" tarixinin  ən yaxşı   bombardiridir
24 yanvar 2023 12:42 (UTC +04:00)

Harri Keyn - "Tottenhem" tarixinin ən yaxşı bombardiridir

İngiltərəli hücumçu Harri Keyn klubun keçmiş oyunçusu Cimmi Qrivzlə 266 qolla birinci yeri bölüşərək, “Tottenhem”in bütün zamanların ən yaxşı bombardiri olub.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, İngiltərə çempionatının 21-ci turunun oyununda "Tottenhem" "Fulhem"i 29 yaşlı Keynin qolu sayəsində 1:0 hesabı ilə məğlub edib.

Harri Keyn "Tottenhem"in heyətində 300-cü oyununu keçirib.

Cimmi Qrivz 1961-1970-ci illərdə "Tottenhem”sə çıxış edib. O, 2021-ci ildə 81 yaşında dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1404
avatar

Oxşar yazılar