Hakimlərə qarşı təcavüzə görə cəza  sərtləşdirildi - həbs olunmağa  qədər
23 iyun 2025 09:23 (UTC +04:00)

Hakimlərə qarşı təcavüzə görə cəza sərtləşdirildi - həbs olunmağa qədər

İndi hakimlər də polis işçiləri kimi qorunacaq.

İtaliyanın idman naziri Andrea Abodi bildirib ki, ölkədə futbol hakimləri polis məmurları və digər dövlət qulluqçuları kimi məhkəmə sistemi tərəfindən eyni müdafiədən istifadə edəcəklər.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, qərar hakimlərə qarşı hücumların artmasına cavab olaraq verilib. 

Cinayət Məcəlləsindəki dəyişikliklər hakimlərə qarşı zorakılıq, o cümlədən zərbələr, itələmə və ya təhdidlər - həbs cəzasına qədər cəzaların sərtləşdirilməsinə səbəb olacaqdır.

İtaliya hökumətinin təsdiq etdiyi fərman çərçivəsində qəbul edilən qanun idman yarışlarının keçirilməsini təmin edən bütün məsul şəxsləri müdafiə edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 406

Oxşar yazılar