"Futbolçularıma güvənirəm"  - Qurban Qurbanov sabahkı oyundan DANIŞDI
27 avqust 2024 17:38 (UTC +04:00)

"Futbolçularıma güvənirəm" - Qurban Qurbanov sabahkı oyundan DANIŞDI

“Sabah bizim üçün çox vacib oyundur”. 

“Geridə olsaq da, Çempionlar Liqasında mərhələ adlamaq üçün sabah şansımız var. Komanda da hər şey qaydasındadır. İnamımız böyükdür. Qalibiyyət üçün sabah əlimizdən gələnini edəcəyik. Rəqibimizi tanıyırıq. Onların üstünlüyü bizdən çoxdur. Amma hər bir halda futbolçularıma güvənirəm. Futbolçularım karyeraların ən yaxşı oyununu oynamalıdır. Sabah yaxşı nəticə əldə etmək üçün onlar da əllərindən gələni edəcəklərinə inanıram. Qarabağın gücü və xarakteri də elə budur. Sabah cəsarətli futbol oynayacağıq. Nəticə nə olursa olsun yaxşı oyun olacağını düşünürəm. Ölkə futbolu olaraq belə şans ələ düşmür. Bu da böyük məsuliyyət tələb edir”.

“Qarabağ” komandasının futbolçusu Bəhlul Mustafazadə isə UEFA Çempionlar Liqasının play-off mərhələsində “Dinamo Zaqreb” klubu ilə baş tutacaq matçdan əvvəl keçirilən mətbuat konfransında deyib ki, ötən oyunda buraxdıqları səhvləri təkrarlamayacaqlar:

“Birinci hədəfimiz mərhələni keçməkdir. Sabah əlimizdən gələninin ən yaxşısını etməyə çalışacağıq. İstəyimiz odur ki, ötən oyundakı səhvlərimizi təkrarlamayaq. Təbii ki, futboldur, səhv ola bilər. Əlbəttə ki, tənqidlərə normal yanaşırıq. Hər bir tənqiddən nəticə çıxartmağa çalışırıq ki, gələcək oyunlarda etdiyimiz səhvlərə bir daha yol verməyək. Bununla belə, qarşılaşmaya sakit hazırlaşırıq. Heç bir təzyiq yoxdur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 552
avatar

Arzu Qurbanlı

Oxşar yazılar