Krasnodarda futbolçu oktyabrın 28-də keçirilən oyunda ona sarı vərəqə göstərən baş hakimi nokaut edib. Zərbə anı videoya düşüb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Hadisə Krasnodar AFL həvəskarlar liqasının “İzumrud” və “Tlyustenhabl” komandaları arasında keçirilən oyunda baş verib. Kadrlarda futbolçulardan birinin digəri ilə toqquşduqdan sonra ağrıdan yıxıldığı görünür.
Bundan sonra hakim fit çalaraq idmançıya sarı vərəqə göstərib. Futbolçu bunu haqsızlıq hesab edib və hakimi vurub.
Zərbə hakimin meydançaya yıxılması ilə nəticələnib ki, bu da oyunun erkən bitməsinə səbəb olub. Hakimin tibbi yardıma ehtiyacı olduğu məlum olub.