Futbolçu  homoseksual   olduğunu etiraf etdi
17 may 2022 12:02 (UTC +04:00)

Futbolçu homoseksual olduğunu etiraf etdi

 “Çempionşip” klubunun futbolçusu gözlənilməz etirafla gündəmə gəlib. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, “Blekpul”un oyunçusu Ceyk Deniels mavi olduğunu etiraf edib.

Qeyd edək ki, 17 yaşlı hücumçu hazırda belə addım atan yeganə britaniyalı futbolçudur.

“İndi bunu etməyin vaxtıdır. Özümü insanlara hekayəmi danışmağa hazır hiss edirəm. İnsanların məni olduğum kimi tanımasını istəyirəm. Bunu necə və nə vaxt etmək istədiyimi uzun müddət düşündüm. Bilirəm, indi vaxtıdır. Özünüz olmağa hazır olun, azad olun və hər şeyə arxayın olun.

Komanda yoldaşlarım çox dəstək oldular. Çoxlu suallar verdilər, hamı maraqlandı, reaksiyaları əla idi. Bu xahiş edə biləcəyim ən yaxşı şeydir.

Əlbəttə, hamı şoka düşdü, soruşdular ki, niyə əvvəl onlara deməmişəm. Bu, əla cavab idi, çünki bu, onların nə qədər qayğıkeş olduğunu göstərdi.

Kapitan mavi olduğumu dediyim əsas adamlardan biri idi, o da mənə çoxlu suallar verirdi. Sonda o, sadəcə olaraq “Mən səninlə fəxr edirəm” dedi”, - Deniels vurğulayıb.

# 1668
avatar

Oxşar yazılar