İsrail millisinin futbolçusu Diu Saba sosial şəbəkələrdə Qəzza zolağında hərbi əməliyyatları dərhal dayandırmağa çağıran həyat yoldaşına görə Hayfanın “Makkabi” klubu tərəfindən komandadan uzaqlaşdırılıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Sabanın həyat yoldaşı oktyabrın 17-də israillilər və fələstinliləri sülhə çağıran paylaşım edib. Bu nəşr “Makkabi” azarkeşlərini qəzəbləndirib.
Futbolçu komandadan uzaqlaşdırılıb. Belə ki, o, Avropa Liqasının qrup mərhələsində İspaniyanın “Vilyarreal”ı ilə Kiprdə baş tutacaq matçı buraxacaq. Klubun özü 30 yaşlı yarımmüdafiəçinin gələcəyi ilə bağlı rəsmi açıqlama verməyib.
Kiprdə “Hayfa” klubunun futbolçularına və işçilərinə antisemitizm hissləri səbəbindən oyundan əvvəl oteli tərk etmək qadağan edilib.
Saba bu yay “Makkabi”yə keçib və 2026-cı ilin iyun ayına qədər müqavilə imzalayıb və bununla da İsrail liqasında ən çox maaş alan oyunçu olub. Futbolçu əvvəllər Türkiyənin “Sivasspor” klubunda çıxış edib.