Əfsanəvi futbolçu sərbəst buraxıldı
25 avqust 2020 11:12 (UTC +04:00)

Əfsanəvi futbolçu sərbəst buraxıldı

Əfsanəvi braziliyalı futbolçu Ronaldinyo sərbəst buraxılıb.

Apasport.az saytının məlumatına görə, Paraqvayda bir oteldə ev dustağı olan keçmiş yarımmüdafiəçi 90 min dollar cərimə ödəyərək azadlığa çıxıb.

“Sambaçı” 5 aylıq fasilədən sonra vətəni Braziliyaya qayıdıb, doğmaları ilə görüşüb. Ancaq o, il ərzində bir neçə dəfə Paraqvaya yollanaraq məhkəmə qarşısına çıxmalı olacaq.

Qeyd edək ki, Ronaldinyo qardaşı Roberto Assis de Moreyra ilə birlikdə martda saxta pasportla Paraqvaya yollandığı üçün həmin ölkədə həbs olunmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2005
avatar

Oxşar yazılar