Fransa millisinin oyunçusu baş məşqçi ilə dalaşıb klubdan çıxdı
03 noyabr 2023 09:35 (UTC +04:00)

Fransa millisinin oyunçusu baş məşqçi ilə dalaşıb klubdan çıxdı

Müdafiəçi Mamadu Saxo İnstaqramda komandanın baş məşqçisi Mişel Ter-Zakaryan ilə mübahisədən sonra “Montpelye”ni tərk etdiyini açıqlayıb.

Lent.az xəbər verir ki, futbolçu ilə məşqçi arasında qarşıdurma oktyabrın 25-də məşqdən sonra baş verib. Ter-Zakaryan mətbuat konfransında bunun “kiçik dava” olduğunu deyib.

Saxo “hörmət qalmayan vaxtda masadan qalxmalısan” deyərək, baş məşqçi ilə yaşanan insidentdə günahkar olmadığını, ancaq klubdan ayrılmaq qərarına gəldiyini bildirib.

Saxo 2021-ci ildə “Montpelye”yə transfer olub. Bu mövsüm o, Fransa çempionatının bir matçında cəmi altı dəqiqə oynayıb - oktyabrın 1-də Lorientlə (3:0).

Saxo Fransa millisinin heyətində 29 oyun keçirib və iki qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3580

Oxşar yazılar