FİDE-nin  YENİ REYTİNQİ:   Şəhriyar Məmmədyarov irəlilədi, Teymur Rəcəbov...
01 iyul 2022 11:49 (UTC +04:00)

FİDE-nin YENİ REYTİNQİ: Şəhriyar Məmmədyarov irəlilədi, Teymur Rəcəbov...

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, ilk “10-luq”da yenə Azərbaycanın heç bir təmsilçisi yer almayıb.

İki pillə irəliləyən Şəhriyar Məmmədyarov 2759 xalla 12-ci yerə yüksəlib. Aktivində 2738 xal olan Teymur Rəcəbov 5 addım geriləyib. Qrossmeysterimiz 18-ci yerdə qərarlaşıb.

Qədir Hüseynov 3 və Rauf Məmmədov isə 4 pillə geriləyib. Hüseynov 2668 xalla 81-ci, Məmmədov isə 2656 xalla 92-cidir.

Reytinqə Maqnus Karlsen başçılıq edir (2864 xal). Çinli Liren Dinq 2-ci (2806), fransalı Alireza Firuzca isə (2793) üçüncü sırada qalıb.

Qadın şahmatçılarımızdan isə Günay Məmmədzadə (2455) 26-cı, Gövhər Beydullayeva (2390) 59-cu pillədə qalıbsa, 2 rəqibini üstələyən Gülnar Məmmədova (2380) 66-cı yerdədir. İlk “100-lüy”ə qayıdan Ülviyyə Fətəliyeva isə 2372 xalla 84-cü pillədə qərarlaşıb.

Qadın şahmatçıların reytinqinə Yifan Hou başçılıq edir. Çinli qrossmeysterin aktivində 2650 xal var.

# 1413
avatar

Oxşar yazılar