FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı gümüş medal qazanıb
15 avqust 2023 14:50 (UTC +04:00)

FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı gümüş medal qazanıb

Avqustun 4-14-də Belarusda keçirilən II MDB oyunlarında 22 ölkənin 3 mindən çox idmançısı mübarizə aparıb.

FHN-dən Lent.az-a verilən xəbərə görə, Azərbaycanın 16 idman növü üzrə 177 idmançı ilə təmsil olunduğu yarışlarda milli yığma komandanın üzvü, FHN-in İdman-sağlamlıq klubunun İdman təlim şöbəsinin inspektoru Murad Hacızadə karate üzrə kişilər arasında +84 kq çəki dərəcəsində keçirdiyi 5 döyüşün nəticəsinə görə II MDB oyunlarının gümüş medalını qazanıb.

Məlumat üçün bildirək ki, Murad Hacızadə karate üzrə Avropa çempionu, Dünya Kubokunun qalibi və şotokan karate üzrə dünya çempionudur. Onun ilk məşqçisi 6-cı dan qara kəmər sahibi Rafael Məmmədov, hal-hazırki məşqçi isə karate üzrə ikiqat Dünya çempionu, 8-ci dan qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

Qeyd edək ki, Murad Hacızadə 2023-cü ilin sentyabr ayında Kipr Respublikasında keçiriləcək böyüklər arasında “SERİE A” turnirində və oktyabr ayında Macarıstanda keçiriləcək Dünya çempionatında da iştirak edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1626
avatar

Oxşar yazılar