FHN əməkdaşı dünya çempionatda gümüş medal qazandı
13 dekabr 2023 14:12 (UTC +04:00)

FHN əməkdaşı dünya çempionatda gümüş medal qazandı

1-4 dekabr tarixlərində Türkiyə Respublikasının Bursa şəhərində Dünya Alpaqut Federasiyasının təşkilatçılığı ilə Alpaqut Turan döyüş sənəti üzrə 4-cü dünya çempionatı keçirilib.

Lent.az FHN-ə istinadən xəbər verir ki, çempionatda dünyanın 23 müxtəlif ölkəsindən 450-dən çox idmançı əzmkar mübarizə apararaq öz qüvvəsini sınayıb. Yarışda ölkəmizi təmsil edən idmançılar sırasında Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq klubunun məşqçi-müəllimi Sərvin Haşımlı +85 kq çəki dərəcəsində döyüş növünün qurşaq (güləş) sistemində 3 döyüş keçirərək çempionatın gümüş medalının sahibi olub.

FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev çempionatda uğur qazanmış idmançı ilə görüşərək qazandığı nailiyyətə görə təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.

FHN əməkdaşı dünya çempionatda gümüş medal qazanıb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3363
avatar

Oxşar yazılar