"Fənərbaxça"nın ilk  məğlubiyyəti
04 noyabr 2023 23:07 (UTC +04:00)

"Fənərbaxça"nın ilk məğlubiyyəti

Türkiyə Superliqasının 11-ci turunun mərkəzi oyununda "Fənərbaxça" "Trabzonspor"u qəbul edib.

Apasport.az xəbər verir ki, 5 qolun vurulduğu oyunda Trabzon təmsilçisi 3:2 hesabı ilə qalib gəlib. "Fənərbaxça" bu mövsüm 19 oyundan sonra ilk dəfə uduzub.

"Fənərbaxça" - "Trabzonspor" - 2:3

Qollar: Onuaçu, 10 (0:1), Özdemir, 46 (0:2), Pepe, 47 (0:3), Tadiç, 61-pen. (1:3), 90-pen. (2:3)

Qırmızı vərəqə: Yüksek, 78 ("Fənərbaxça")

Bu nəticədən sonra "Fənərbaxça" 30 xalla (11 oyun) 2-ci pillədə yer alıb və yenidən lider olmaq şansını əldən verib.

"Qalatasaray" 31 xalla (11 oyun) 1-ci, "Adana Demirspor" 20 xalla (10 oyun) 3-cü, "Trabzonspor" 19 xalla (11 oyun) 4-cüdür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4536
avatar

Oxşar yazılar