“Fənərbaxça” Məsut Özili təqdim etdi
27 yanvar 2021 16:07 (UTC +04:00)

“Fənərbaxça” Məsut Özili təqdim etdi

Türkiyənin “Fənərbaxça” klubunun yeni transferi Məsut Özil media önünə çıxıb.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi ulduz futbolçunu ictimaiyyətə təqdim edib.

Geniş kütlə önündə baş tutan təqdimat mərasiminə klubun prezidenti Ali Koç, “Arsenal”dan transfer edilən yarımmüdafiəçinin həyat yoldaşı Əminə Gülşə və qızı da qatılıb. Tədbirdə 32 yaşlı pleymeyker yeni komandası ilə 3,5 illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, Məsut Özilin “Fənərbaxça”da illik maaşı 5 milyon avrodur.

# 1797
avatar

Oxşar yazılar