"İndependiente"nin baş məşqçisi Karloz Teves evində bədbəxt hadisə ilə üzləşib.
Lent.az xarici mediaya istinadən məlumat verir ki, keçmiş məşhur futbolçu yıxılıb və başına 10 tikiş vurulub.
Başı yerə dəyən və bir müddət yerdə uzanan Tevesin köməyinə dostları qaçıb.
Xəstəxanaya aparılan Tevesin başında 10 tikiş olduğu bildirilərkən, argentinalı çalışdırıcının dostları Tevesin vəziyyətinin yaxşı olduğunu və tezliklə evə buraxılacağını açıqlayıb.
Digər tərəfdən Argentina mətbuatında çıxan xəbərə görə; "İndependyente"nin “Barrakas” ilə oynunda Karlos Tevesin komandanın başında olmama ehtimalı var. Bildirilib ki, həkimlər Tevesə istirahət etməsi ilə bağlı xəbərdarlıq ediblər.