“Everton”nun baş məşqçisi QARƏT OLUNDU
13 fevral 2021 12:12 (UTC +04:00)

“Everton”nun baş məşqçisi QARƏT OLUNDU

İngiltərənin “Everton” klubunun baş məşqçisi Karlo Ançelotti xoşagəlməz hadisə ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis qarətçilərin qurbanı olub.

Hadisə Mersisaydda yerləşən Blundelsandsedə baş verib. Maskalı iki şəxs Ançelottinin evinə girib.

Mütəxəssis hadisə zamanı evdə olmayıb. Onun qızı qarətçiləri qorxuda bilib ki, onlar da hadisə yerindən qaçıb. Lakin cinayətkarlar qaçarkən seyfi aparmağa müvəffəq olub.

Qeyd edək ki, Ançelotti 2019-cu ildən “Everton”u çalışdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1467
avatar

Oxşar yazılar