“Everton”un sahibi dəyişə bilər.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubunun indiki sahibi Farhad Moşiri amerikalı biznesmen Matsek Kaminski ilə danışıqlara başlayıb.
Alqı-satqının 437 milyon avroya gerçəkləşəcəyi gözlənilir. Bunun üçün İngiltərə Premyer Liqasının təsdiqi də vacibdir. Kaminski klubu alsa, Premyer Liqada amerikalıların səhmdarı olduğu komandaların sayı 10-a çatacaq.
Qeyd edək ki, 7 oyunda 7 xal toplayan “Everton” turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.