"Real"ın və İspaniya millisinin keçmiş qapıçısı İker Kasilyas hazırda dünyanın ən güclü qapıçılarının adını açıqlayıb.
“Bu gün ən güclüsü Kurtuadır. Sonra Oblak, Ter Steqen və Kepa gəlir. Bəziləri Kepanı tənqid edir, amma o, əla qapıçıdır. Kurtuanı əvəz etmək asan deyil”, - Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Kasilyas vurğulayıb.
Kasilyas karyerası ərzində "Real" və "Porto"da çıxış edib. 2020-ci il avqustun əvvəlində o, karyerasını baş vurduğunu elan edib. O, dünya çempionu, ikiqat Avropa çempionu və Çempionlar Liqasının üçqat qalibidir.