İngiltərə millisinin sabiq hücumçusu Qari Lineker dünyanın ən güclü futbolçusunun adını çəkib.
Lent.az xəbər verir ki, eks futbolçu bu ada “İnter Mayami”nin hücumçusu Lionel Messini layiq görüb:
“Messi iki onillik ərzində mənə böyük sevinc bəxş etdi. O, hər insanın edə bilmədiyi şeyi edir. Bir növ, o, ən böyük oyunçu ilə bağlı bütün mübahisələrə son qoydu”.
Messi bu yay klubunu dəyişib. “Paris Sen-Jermen”də iki ildən sonra oyunçu MLS-i fəth etmək qərarına gəlib. O, “İnter Mayami” ilə müqavilə imzalayıb və ilk oyunda cərimə zərbəsini vuraraq klubda debüt edib. Messi ABŞ-dakı kluba keçməzdən əvvəl Səudiyyə Ərəbistanı çempionatına gedib və orada daha yüksək maaş təklif etməyə hazır olublar.
Messi karyerasının böyük hissəsini “Barselona”da keçirib. O, 2020-ci ildə Kataloniya komandasını tərk edib.