“Portu”nun qapıçısı Dioqo Kosta, PSJ-nin qapıçısı Canluici Donnaruma, “Milan”ın qapıçısı Mik Maynyan və “Real”ın qapıçısı Tibo Kurtua öz mövqeyində dünyanın ən bahalı futbolçuları seçilib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, reytinq “Transfermarkt” portalı tərəfindən tərtib edilib.
Hər qapıçının qiyməti 45 milyon avro qiymətləndirilir. Onlardan ən gənci 24 yaşlı Kostadır. Ən yaşlısı 31 yaşlı Kurtuadır.
Ən bahalı qapıçıların ilk beşliyini “Mançester Siti” və Braziliya millisinin qapıçısı Ederson tamamlayır. Onun dəyəri 40 milyon avro qiymətləndirilir.