Dünya çempionunun evindən  1 milyonluq oğurluq
28 aprel 2022 18:53 (UTC +04:00)

Dünya çempionunun evindən 1 milyonluq oğurluq

Daha bir ulduz idmançının evindən oğurluq edilib. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bu dəfə Almaniya millisinin sabiq müdafiəçisi Şkodran Mustafi bədxahların əlindən əziyyət çəkib.

Aprelin 25-nə keçən gecə naməlum şəxslər hazırda "Levante"də çıxış edən futbolçunun evinə daxil olublar.

Məlumata görə, 3 cinayətkar futbolçunun Valensiya şəhərinin kənarında yerləşən villasına daxil olublar.

Oğrular qolf meydançasından keçiblər, bundan sonra eyvanlardan birinin pəncərəsini sındırıblar. Naməlum şəxslər almaniyalının evinə soxularaq qızıl-zinət əşyaları, pul və digər əşyalar aparıblar. Oğurlanan məbləğ bir milyon avroya yaxın olub.

Şkodran Mustafi

Həmin vaxt evdə Mustafi özü də olub. Lakin ikinci mərtəbədə yatdığı üçün soyğunçuların evə necə girməsindən xəbər tuta bilməyib. Buna görə də futbolçu çağırılmamış qonaqların gəlişindən yalnız səhər saatlarında əşyaların itdiyini görəndə xəbər tutub.

Xatırladaq ki, Mustafi Almaniya millisinin heyətində 2014-cü ildə dünya çempionudur. Keçən ilin payızında o, “Levante”yə keçib.  Burada 12 oyun keçirib və bir qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2022
avatar

Oxşar yazılar